QUBADA QARIN QALINLIĞI 20 SM-Ə ÇATIR

Yanvarın 7-si axşamdan ölkə ərazisində hava şəraiti dəyişib, bəzi yerlərdə yağıntılı olub, dağlıq və Aran rayonlarında sulu qar, qar yağıb. Quba ərazisinə yağan qarın hündürlüyü 20 santimetrə yaxınlaşır. Yollardada nəqliyyat vasitələrinin normal hərəkətinin təmin olunması istiqamətində tədbirlər davam etdirilir. Son 3 gün ərzində şimal bölgəsində müşahidə edilən qarlı-şaxtalı hava şəraiti ilə əlaqədar təcili tibbi yardıma müraciətlərin sayı artmayıb. Bu barədə Qafqaz TV - ə Quba rayon Mərkəzi Xəstəxanasının sözcüsü deyib. Qarlı hava ilə bağlı yol polisi də sürücülərə müraciət edib.Güclü qar yağması səbəbindən Quba rayonunun ucqar kəndlərinə gedən yollarda avtomobillərin hərəkəti çətinləşsə də, hazırda bütün istiqamətlərdə magistrallar açıqdır.Qubaya qarın yağması yeddidən yetmişə hamını sevindirdi. Sosial şəbəkələr qar şəkilləri ilə bəzəndi. Qar gözəl, zərif və heyrətamizdir. Digər fəsillərin hər biri rəngarəngdir. Qışın isə yalnız bir rəngi var – bu, qar rəngidir. Qarın gətirdiyi bar-bərəkətə inanan insanlar onu Tanrının göndərdiyi “ruzi payı” kimi dəyərləndirirlər. Hal hazırda Qubanın ucqar dağ kəndlərində əsasən də İspik kəndində qarın yağması davam edir. Xınalıqda isə qar qalınlığı o qədər hündür olmasa da, ancaq hava həddindən artıq soyuq və şaxtalıdır. Qışı ən çox uşaqlar gözləyir, onlar sevir. Çünki onlar qar yağan günlərdə uşaqlıq şıltaqlığının ən son həddini yaşayırlar. Şadlıqdan atılıb-düşür, pambıq kimi ağ qarın üstünə uzanıb iz salırlar. Qardan adam düzəldib əlinə əsa vermək, qar topu oynamaq az qala həyatlarının mənasına çevrilir əziz balaların. Qeyd edək ki, Azərbaycanın şimal rayonlarında yağmurlu hava davam edir. Bu isə o deməkdir ki, şəhərimizin qar macəraları hələ bitmir. Odur ki, hər birinizə qardan travma deyil, mənəvi rahatlıq almağı arzu edirik.