QUBADA NOVRUZ BAYRAMI TƏDBİRİ KEÇİRİLDİ

Novruz bayramı münasibətilə “Quba Meydanı” Mədəniyyət və İstirahət parkında möhtəşəm ümumrayon tədbiri keçirilib.Quba Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə təşkil edilən tədbirdə Rayon İcra Hakimiyyətinin başçısı İlqar Mahmudov, Rayon İcra Hakimiyyətinin kollektivi, YAP Quba rayon təşkilatının sədri və kollektivi, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri və kollektivləri, şəhid ailələri və qazilər, RİHB-nın İƏD-lər üzrə nümayəndələri və bələdiyyə sədrləri, ictimai təşkilatların rəhbərləri və kollektivləri, rayonun bütün idarə və müəssisələrinin rəhbərləri və əməkdaşları, həmçinin ictimaiyyət nümayəndələri iştirak edib. Tədbir Bahar qızı və Dədə Qorqudun Novruz təbriklərini çatdırması ilə başladı. Novruzun əsas personajları olan Kosa və Keçəl tədbirə toplaşanları şənləndirib, xüsusilə uşaqlarla rəqs edərək onlara xoş ovqat bəxş ediblər.Daha sonra Quba Rayon İcra Hakimiyyətinin başçısı İlqar Mahmudov Novruz tonqalını alovlandıraraq, aidiyyəti şəxslərlə birlikdə mədəniyyət və istirahət parkının ərazisində rayonun idarə, müəssisə və təşkilatları, RİHB-nın İƏD-lər üzrə nümayəndəlikləri və bələdiyyələr tərəfindən təşki edilmiş ayrı-ayrı guşələrə baxış keçirib. Novruz atributları ilə bayramsayağı bəzədilən parkda sakinlər üçün bayram ab-havası yaradılıb. Xalqımızın milli–mənəvi dəyərlərini özündə ehtiva edən müxtəlif oyunlar, şagirdlərin əl işlərindən ibarət müxtəlif sərgiləri tədbir iştirakçıları tərəfindən maraqla qarşılanıb.Tədbir bayram konserti ilə davam etdirilib. İncəsənət nümayəndələrinin ifasında səsləndirilən xalq mahnıları, eləcə də Azərbaycana, Novruza, Bahara həsr olunmuş şən nəğmələr bayrama xüsusi ahəng qatıb. #Azərbaycan #Quba #Novruz #bayram