Mahir Nağıyev adına Quba Rayon Xaruşa kənd orta məktəbində Vətən müharibəsi
qaziləri ilə görüş keçirilib. Məktəbin 7- ci sinif şagirdi Nanə Zeynalova və 6-cı sinif şagirdi Dəniz Zeynalova bacıları şəhid ailələrinə qayğı cəmiyətinin Quba rayon şöbəsinin sədri Zaur Gülməmmədova məktub yazaraq, qazilərlə məktəblərində görüş keçirilməsini xahiş edib. Zaur Gülməmmədovda öz növbəsində bu vətənpərvər bacıların istəyini yerinə yetirərək Vətən Müharibəsi qaziləri Elgün Nəsrullayev, Anar Quliyev və Hüsynağa İsayevlə birlikdə məktəbin qonağı olublar. Görüş ölkəmizin azadlığı və ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Sonra məktəbin direktoru Mehdi Nağıyev tədbiri açaraq 44 günlük Vətən müharibəsində Azərbaycan Ordusunun Prezident, Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi ilə parlaq Qələbə qazandığını vurğulayıb. O, şanlı Zəfərin qazanılması uğrunda canından keçən Vətən övladlarının xatirəsinin xalqımız tərəfindən ən yüksək hörmət və ehtiramla anıldığını qeyd edib. Şəhid ailələrinə qayqı cəmiyətinin Quba rayon şöbəsinin sədri Zaur Gülməmmədov 44 günlük Zəfər yolundan danışaraq ən ağır döyüşlərdə belə şəxsi heyətin əhvali-ruhiyyəsinin, döyüş əzminin yüksək olduğunu vurğulayıb, Ordumuzun qəhrəmanlıq nümunələrindən danışıb. O, torpaqlarımız işğaldan azad olunduqca hərbçilərimizin daha çox sevindiklərini, onların keçirdikləri hisslərin sözlə ifadə edilməsinin mümkünsüzlüyünü dilə gətirib.Digər çıxış edənlər Vətən müharibəsindəki Qələbənin Müzəffər Ali Baş Komandan İlham Əliyevin müdrik və qətiyyətli rəhbərliyi, xalqımızın igid oğullarının qəhrəmanlıqları nəticəsində qazanıldığını söyləyiblər.Görüşün sonunda şəhid ailələrinə qayğı cəmiyətinin Quba rayon şöbəsinin sədri Zaur Gülməmmədov məktəbin 7- ci sinif şagirdi Nanə Zeynalovaya dəvət üçün təşəkkür edib və ona cəmiyyətin üzvülük vəsiqəsini və diplomunu təqdim edib. Sonda məktəbin müəllim və şagird kollektivi qonaqlarla xatirə şəkli çəkdirib.
{youtube}eryxAMP8JhI{/youtube}