QUBADA MƏKTƏBLİLƏR XOCALI ŞƏHİDLƏRİNİ ANDILAR
Baxış sayı: 422
Quba rayon Daşqın Cavadov adına Qələdüz ümumi orta məktəbdə "Xocalı soyqırımı"nın 31-ci il dönümünün qeyd olunması ilə əlaqədar tədbir keçirildi. Tədbirdə məktəbin pedaqoji kollektivi,qazilər və şagirdlər iştirak edib. Tədbir iştirakçıları məktəbin qarşısında I Qarabağ Müharibəsi şəhidlərinin xatirəsinə ucaldılmış abidəni ziyarət edib, önünə gül dəstələri düzdülər. Tədbir Azərbaycan Respublikasının Dövlət Himni ilə başladı. Daha sonra Xocalı faciəsi qurbanlarının, Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyu uğrunda canından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Tədbiri giriş sözü ilə məktəbin direktoru Tural Əliyev açdı. O öz çıxışında qeyd etdi ki,Xocalı soyqırımı azərbaycan tarixinə ən dəhşətli və faciəli səhifələrdən biri kimi daxil olmuşdur.Bu amansız və qəddar soyqırım insanlıq tarixinə ən qorxulu kütləvi terror aktlarından biri kimi daxil oldu. Sonra söz I Qarabağ Müharibəsi qazisi, Xocalı şahidi Zaur Gülməmmədova verildi. Zaur Gülməmmədov tədbir iştirakçılarına Xocalı Faciəsi haqqında geniş bilgi verdi. O, Xocalı soyqırımının dəhşətlərindən, xalqımızın başına gətirilən müsibətlərdən danışdı. Çıxışlardan sonra məktəbin şagirdləri tərəfindən hazırlanmış ədəbi- bədii kompozisiyalar göstərildi və şeirlər söylənildi. Məktəbin yuxarı sinif şagirdlərinin ifasında xoclıya həsr edilmiş mahnı ifa olundu. Belə tədbirlərin keçirilməsində məqsəd, şagirdlərə tariximizi və qan yaddaşımızı aşılamaq, vətənpərvərlik hisslərini oyatmaq, Xocalı hadisələri barədə daha dolğun bilgi formalaşdırmaqdan ibarətdir.