QUBADA MƏHDUDİYYƏTLƏRLƏ KEÇƏN “SON ZƏNG”
Baxış sayı: 563
Bu gün respublikamızın hər yerində olduğu kimi, Quba rayonunun orta ümumtəhsil məktəblərində də sonuncu zəng çalındı. İyunun 14-də Azərbaycanın bütün ümumi təhsil müəssisələrində olduğu kimi Qubada da “Son zəng” çalınıb.İlk dəfə olaraq müəllim və şagirdlər bu əlamətdar hadisəni Vətən müharibəsində qalib gəlmiş xalqın övladları olaraq qeyd edirlər.Eyni zamanda bu il son zəng ötən ilkindən fərqli onlayn qaydada deyil , Nazirlər Kabineti yanında Operativ Qərargahın razılığını nəzərə alaraq 2020-2021-ci tədris ili üzrə Yalnız ümumi təhsil müəssisəsinin 11-ci sinif şagirdlərinin, məktəb rəhbərliyinin və məhdud sayda müəllimin iştirakı ilə keçirilib. Son zəng tədbirində çıxış edən Quba Rayon İcra Hakimiyyətinin başçısı Ziyəddin Əliyev ölkəmizdə təhsilin səviyyəsinin yüksəldilməsinə, maddi-texniki bazasının möhkəmləndirilməsinə göstərilən dövlət qayğısından, Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın bu sahədə gördüyü tədbirlərdən danışıb.icr başçısı həmçinin bildiribki ,Quba rayonunda son üç il ərzində 27 yeni məktəb binası tikilib ki ,28-ci tədris ocağı Digah kəndində inşa olunur.Daha Son zəng tədbirində vətənpərvərliyə, məzun gününə həsr olunan şeirlər səsləndirildi, tədbirdə iştirak edən Təhsil şöbəsinin rəsmilərinin, qabaqcıl müəllimlərin, valideynlərin, əlaçı şagirdlərin çıxışları dinlənildi. Çıxış edənlər məzunları təbrik edərək onlara gələcək həyatlarında uğurlar arzuladılar. Interşu Çıxışlarda qeyd olunduki , Müharibə 10 şagirdin həyatına son qoydu, məktəb infrastrukturuna ciddi ziyan dəydi – 60 təhsil müəssisəsi dağıntılara məruz qaldı. Lakin qürurverici haldır ki, işğal altında olan torpaqlarımızın azad edilməsi üçün səfərbərliyə qoşulanlar sırasında 20 məktəb direktoru, 32 direktor müavini, 671 müəllim düşmənə qarşı vuruşaraq qəhrəmanlıqlar göstərdi Eyni zamanda 2020-2021-ci tədris ilində respublikanın ümumtəhsil məktəblərinin IX siniflərini 131 227 nəfər, XI siniflərini 84 069 nəfər şagird bitirir.Quba rayon Təhsil Şöbəsinin müdiri Rüfət Hacıyevin verdiyi məlumata əsasən bu il qubada yerləşən ümumtəhsil orta məktəblərindən isə 2203 şagird 9-cu, 1367 şagird 11-ci sinifdən məzunolub.