QUBADA MİLLİ QURTULUŞ GÜNÜ QEYD EDİLDİ
Baxış sayı: 216
15 iyun 2024-cü il tarixdə Milli Qurtuluş Günü münasibətilə müstəqil və müasir Azərbaycan Respublikasının memarı və qurucusu, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin Quba şəhərində adını daşıyan Mədəniyyət və İstirahət parkındakı abidəsi Rayon rəsmiləri və ictimaiyyət nümayəndələri tərəfindən ziyarət edilib, Ulu Öndərə ehtiram əlaməti olaraq abidə önünə gül dəstələri düzülüb. Ümummilli Lider Heydər Əliyevin abidəsinin rayon ictimaiyyəti tərəfindən ziyarəti gün ərzində davam edib. Ziyarət başa çatdıqdan sonra qeyd olunan parkda yerləşən “Yaşıl teatr”da Quba Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə konsert proqramı təşkil edilib. tədbirdə Rayon İcra Hakimiyyətinin başçısı İlqar Mahmudov , RİH-nin məsul şəxsləri, YAP Quba rayon təşkilatının kollektivi, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, təhsil və mədəniyyət işçiləri, rayonun idarə, müəssisə, təşkilatlarının rəhbərləri və kollektivləri, rayon ictimaiyyətinin nümayəndələri, gənclər və tələbələr iştirak edib. Konsert proqramında royonun mədəniyyət işçiləri tərəfindən Ulu Öndər Heydər Əliyevə həsr edilmiş və vətənpərvərlik ruhunda hazırlanmış musiqi və rəqs nümunələri nümayiş etdirilib.