QUBADA KƏND YOLLARI BƏRPA OLUNUR
Baxış sayı: 537
Qubada 6 kəndin sakinlərinin uzun illərdir həsrətində olduğu yol problemlərinin həllli istiqamətində işlərə başlanılıb.
Qubada 5436 sakinin yaşadığı 6 kəndin - Tüləkəran İnzibati Ərazi Dairəsinin Gültəpə, Möhüc, Tülər, YuxarıTüləkəran, Aşağı Tüləkəran, Yenikənd kəndlərinin yolları bərpa olunur. Hazırda kənd yollarında torpaq yatağının tikintisi işləri gedir.
Bir zamanlar yalnız yolsuzluq avtomibilinin köməyi ilə gedilə bilən, qış aylarında isə gedilməsi mümkünsüz olan Tüləkəran İnzibati Ərazi Dairəsinin bu 6 kəndinin yollarının bərbası və yenidən qurulması kənd sakinlərinin sevincinə səbəb olur. Onlarında dediyi kimi, füsunkar təbiəti ilə göz oxşayan bu kəndlərdə indi ilin bütün mövsümlərdə yaşam çağlayacaq.
Tüləkəran İnzibati Ərazi dairəsinin kənd yollarında gedən bərpa işləri ilə tanış olan Quba rayon icra hakimiyyətinin başçısı Ziyəddin Əliyev burda kənd sakinləri ilə görüşüb.
Rayon rəhbəri bərpa işlərinin təxminən 20 km məsafəni əhatə edəcəyini, yolların asfaltlanacağını, Tüləkəran İnzibati Ərazi Dairəsində köhnə elektrik xətlərinin yeniləndiyini və kəndlərə internet çəkildiyini də diqqətə çatdırıb.