QUBADA KƏND TƏSƏRRÜFATI İŞÇİLƏRİ GÜNÜ
Baxış sayı: 463
Azərbaycanda dayanıqlı iqtisadiyyatın təmin edilməsində qeyri-neft sektoru sahələrinin, özəlliklə kənd təsərrüfatının inkişafının önəmli rol oynayır. Respublikanın sosial-qtisadi yaşamında özəl önəm daşıdığı üçün dövlət tərfindən bu sahənin inkişafı üçün bir çox tədbirlər görülür. Ümummilli lider Heydər Əliyevin siyasi iradəsi və gərgin əməyi ilə həm keçmiş sovetlər dönəmində, həm də müstəqil Azərbaycana rəhbərlik etdiyi dövrdə bütün sahələrdə olduğu kimi aqrar sahədə də böyük işlər görülüb. Əsası ümummilli lider tərəfindən qoyulmuş və hazırda davam etdirilən uğurlu aqrar siyasət nəticəsində ölkə iqtisadiyyatında kənd təsərrüfatı xüsusi yerə sahib olub və hər çağ dövlət qayğısı ilə çevrələnib. Azərbaycanda Kənd təsrrüfatı işçilər gününün qeyd edilməsi, Kənd təsrrüfatının müxtəlif sahələrində çalışan fermerlər hər il subsidiyaların ayrılması iqtidadiyyatın bu sahəsinə dövlət qayğısının göstəricisidir. Bundan başqa görülən işlər sırasında aqrar sektorda həyata keçirilən islahatları örnək olaraq göstərmək olar. 2008-ci ildən Azərbaycanda qeyd edilən kənd təsərrüfatı işçiləri günü noyabrın 1-də Qubada Ulu öndər Heydər Əliyevin xatirəsinin yad edilməsi başladı. Quba DAİM nümayəndələri Ümummilli Lider Heydər Əliyevin abidəsinin ziyarət edib, önünə gül dəstələri düzdülər.
Xatırladaq ki, Prezident İlham Əliyev ölkədə həyata keçirdiyi aqrar islahatlar çərçivəsində 2018-ci ildən Azərbaycanda Dövlət Aqrar İnkişaf Mərkəzləri yaradılıb və bununlada ölkədə aqrar islahatların yeni dönəmi başlayıb. DAİM-in yaradılmasında məqsəd Kənd Təsərrüfatı Nazirliyinin yerli bölmələrinin vahid mərkəzdən idarə olunmasını təşkil etmək, fermerlərlə işin gücləndirilməsi, elektron xidmətlər və innovativ texnologiyadan istifadə ilə bağlı maarifləndirmə işləri aparmasıdır.