QUBADA KƏND MƏKTƏBLƏRİNƏ MAVİ YANACAQ VERİLƏCƏK

Quba Rayon İcra Hakimiyyətinin başçısı Ziyəddin Əliyev Vladimirovka kənd inzibati ərazi dairəsi üzrə vətəndaşların səyyar qəbulunu keçirib. Qəbulda rayon prokuroru, Dövlət Təhlükəsizliyi Xidmətinin Quba rayon şöbəsinin rəisi, rayon Ağsaqqallar Şurasının sədri, rayonun bütün idarə, müəssisə və təşkilatlarının rəhbərləri iştirak ediblər. Səyyar qəbul zamanı vətəndaşlar tərəfindən qaldırılan məsələlərin həlli məqsədilə Rayon rəhbəri tərəfindən aidiyyəti şəxslərə yerindəcə lazımi tapşırıqlar verilib.