QUBADA KÖNÜLLÜ QANVERMƏ AKSİYASI KEÇİRİLİB

oronavirus pandemiyası ilə əlaqədar ölkəmizdə xüsusi karantin rejiminin tətbiq olunduğu müddətdə talassemiya və hemofiliya, eləcə də leykoz xəstəliyindən əziyyət çəkən uşaqlar üçün qan ehtiyatı azaldığından

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə ölkəmizdə keçirilən könüllü qanvermə aksiyasına qubalılar da qoşulub. Quba rayon icra hakimiyyətinin başçısı Ziyəddin Əliyev,İcra Hakimiyyəti aparatının işçiləri,rayonun hüquq mühafizə orqanlarının rəhbərləri,İnzibati Ərazi Dairələri üzrə səlahiyyətli nümayəndələr və bələdiyyə sədrləri qan xəstəliyindən əziyyət çəkənlərə yardım göstərilməsi məqsədilə Mərkəzi Qan Bankının Quba Bölməsində qan veriblər. Qanvermə aksiyasında rayonun idarə və müəssisələrinin kollektivləri, eyni zamanda, ictimaiyyət nümayəndələri də fəal iştirak edib. Qeyd edək ki,toplanan qan ehtiyatları tibb işçiləri tərəfindən yoxlanılacaq, talassemiya, hemofiliya və digər qan xəstəliklərindən əziyyət çəkən uşaqlar üçün istifadə olunacaq.