QUBADA İTKİN DÜŞƏN GƏNC AXTARILIR

Quba rayonunda suvarma kanalına düşərək itkin düşən 28 yaşlı Xəyal Muradovun axtarışları davam

edir. Ötən gün Samur-Abşeron kanalına birləşən suvarma kanalında suyun verilməsi dayandırılıb. Fövqəladə Hallar Nazirliyinin dalğıc-axtarış qrupu da əməliyyata cəlb olunub. Xatırladaq ki, hadisə Quba rayonunun Mirzəməmməd kəndi ərazisində baş verib. 1998-ci il təvəllüdlü Xəyal Hidayət oğlu Muradov “KamAZ” markalı yük avtomobilini saxlayaraq su götürmək istəyib. Bu zaman ehtiyatsızlıq nəticəsində suvarma kanalına düşərək gözdən itib. Hadisədən sonra onun tapılması üçün axtarışlara başlanılsa da, kanalın Samur-Abşeron suvarma sisteminə birləşməsi əməliyyatın aparılmasını çətinləşdirib. Ötən gündən kanalda suyun dayandırılması dalğıcların daha təhlükəsiz və səmərəli işləməsi üçün mühüm əhəmiyyət daşıyır. Hazırda FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu ərazidə Xəyal Muradovun tapılması istiqamətində əməliyyat aparır. Qeyd edək ki, hadisədən sonra itkin düşən şəxsin ailəsi və yaxınları onun tapılmasını gözləyir. Axtarış-xilasetmə tədbirləri davam etdirilir.