QUBADA İNTENSİV MEYVƏÇİLİK

Meyvəçilik və Çayçılıq ETİ-u xarici meyvə sortlarından, şaftalının 15, çiyələyin 5, narın isə 1 növ meyvə sortunu ölkəmizə intreduksiya edib. Hazırda emal müəssisələrini maraqlandıran keyfiyyətli məhsuldur.

Ona görə yalnız bir sortla kifayətlənmək olmaz. Aparılan seliksiya işlərinin də məqsədi məhz yerli iqlim şəraitinə uyğun yeni sortlar əldə etməkdir.  Ekspertlər də xaricdən gətirilmiş intensiv  meyvə sortlarının yerli iqlim şəraitinə uyğunlaşdığını və gələcəkdə bu bitkilərin artılaraq fermerlərə tövsiyyə olunacağını bildirir. Ölkəmizdə təsərrüfatla bağlı görülən işlərin və havaların  mülayim keçməsi, xüsusən də intensiv meyvə bitkilərinin becərilməsi üçün əlverişli olub. Bu il intensiv  meyvə bağlarından 50-60 ton məhsul toplanılacaqı da  gözlənilir.