QUBADA İMƏÇLİK KEÇİRİLDİ

Müqəddəs Qurban bayramı ərəfəsində Quba rayon icra hakimiyyəti başçısının təsdiq etdiyi tədbirlər planına uyğun olaraq ümumrayon iməciliyi keçirilib.

İməcilikdə rayonun idarə və təşkilatları, təsərrüfat xidmətləri, ali və orta təhsil, mədəniyyət  müəssisələri kollektivləri, ictimaiyyət nümayəndələri  fəal iştirak ediblər.Quba rayon İcra Hakimiyyətindən verilən məlumata görə iməcilikdə, həmçinin, bir sıra ictimai birliklərin , gənclər təşkilatlarının, şirkətlərin və digər qurumların nümayəndələri fəallıqları ilə seçiliblər. Quba rayon Icra Hakimiyyətinin başçısı Ziyəddin Əliyev iməcilikdə fəal iştirak edən kollektivlərin təmsilçiləri, ictimaiyyət nümayəndələri ilə görüşüb,rayonda aparılan tikinti-quruculuq,abadlıq işlərinə töhfə verənlərə təşəkkür edib.Qeyd olunub ki, son dövrlər həyata keçirilən məqsədyönlü tədbirlər sayəsində füsunkar təbiətli Quba daha da abadlaşır və gözəlləşir.Böyük zəhmətlər hesabına yaradılan park və xiyabanlar, abad və yaraşıqlı küçə və prospektlər qubalıların və bu rayonun qonaqlarının xoş duyğulu könül rahatlığına səbəb olur.Ümumrayon iməciliyi zamanı Qubadakı bütün mədəniyyət və istirahət parklarında, küçə və prospektlərdə təmizlik işləri aparılıb,yaşıllıqlara qulluq olunub.