Bu gün Qubada iməclik aksiyası baş tutub.Aksiya başlamamışdan öncə Quba rayon İcra hakimiyyəti başçısının müavini Səidə Abbasova keçirilən iməclik aksiyasında iştirak edən gənclərin bu addımını yüksək qiymətləndirdiyini diqqətə çatdırdı.
Su çərşənbəsi ərəfəsində bu cür aksiyanın təşkilinin sevindirici hal olduğunu bildirdi.Qubada Rayon icra hakimiyyətinin və eləcə də regionda fəaliyyət göstərən könüllülülərin iştirakı ilə iməclik aksiyası zamanı regionda turistlərin axın etdiyi ərazilərin tullantılardan təmizlənməsinə daha çox önəm verilib və aksiya iştirakçıları,rayonun Qudyalçay ərazisinin tağlı körpüsündən başlayaraq Qırx pilləkən adlanan ərazisinə kimi bütün yerləri yerə atılan tullantılardan təmizləyiblər. Onu da qeyd edək ki,Təmiz çərşənbələr adlı bu aksiya bütün çərşənbələr də keçirəcək. Qafqaz Tv olaraq biz də hər zaman doğanın təmizliyinin qorunmasını özümüzə borc bilirik.Elə bun görə də biz də çəkiliş qrupumuzla birgə bu aksiyaya az da olsa öz köməyimizi etdik.