QUBADA İFTAR SÜFRƏSİ AÇILDI

Quba şəhərində Quba Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə müqəddəs Ramazan ayı münasibətilə  şəhid ailələri və qazilər üçün iftar mərasimi təşkil olunub.

 “Qurani-Kərim”dən ayələrin və Ramazan duasının oxunması ilə başlanan iftar mərasiminə Quba Rayon İcra Hakimiyyətinin başçısı Ziyəddin Əliyev, İcra Hakimiyyətinin məsul şəxsləri, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri, qazilər, müharibə veteranları, din xadimləri, aztəminatlı şəxslər və ictimaiyyətin digər nümayəndələri dəvət olunmuşdu. Qafqaz Müsəlmanları İdarəsinin Quba-Qusar-Xaçmaz rayonları üzrə qazisi Hacı Naib Səttarzadə Ramazan ayının fəzilətləri barədə söhbət açaraq, bu ayın insanlar arasında mənəvi saflığın tərənnümçüsü olduğunu qeyd etdi. Mərasim iştirakçıları göstərilən diqqqət və qayğıya görə ölkə başçısına minnətdarlıqlarını ifadə edərək bildiriblər ki, dövlətimizin əsas ideoloji dayağı olan azərbaycançılıq məfkurəsi milli-mənəvi dəyərlərimizin tərkib hissəsi olan dini dəyərlərimizin inkişafında mühüm rol oynayır.