QUBADA HEYDƏR ƏLİYEVİN 100 İLLİK YUBİLEY YIĞINCAĞI KEÇİRİLDİ

Qubada Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan yığıncaq keçirilib. Yığıncaqdan əvvəl Quba rayon Heydər Əliyev Mərkəzinin və Quba Rayon İcra Hakimiyyətinin foyesində foto-sərgiyə baxış keçirilib. Ardınca isə Rayon İcra Hakimiyyətinin akt zalında Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə yığıncaq baş tutub. Yığıncaqda Quba Rayon İcra Hakimiyyətinin başçısı Ziyəddin Əliyev dahi liderin Azərbaycana rəhbərlik etdiyi dövürdəki fəaliyyəti ilə bağlı geniş məruzə ilə çıxış edib. Sonda “Əsrin adamı - 100” sənədli filmi nümayiş olunub. Gün boyu baş tutan rəsmi tədbirlərdən sonra axşam saat 18-də Quba olinmpiya İdman kompleksinin stadionunda bayram şənliyi keçirilib. Paytaxtdan dəvət edilən incəsənət ustalarının ifasını stadiona yığışan minlərləizləyici izləyib. Quba rayon İcra Hakimiyyətinin başçısı Ziyəddin Əliyev şənlik iştirakçılarını salamlayaraq bildirib ki,Heydər Əliyevin adı hər bir Azərbaycan vətəndaşının, o cümlədən hər bir Quba sakininin qəlbində əbədi iz salıb. Azərbaycan xalqı Heydər Əliyevi əbədiyaşar lider kimi həmişə hörmət və ehtiramla xarırlayacaq. Bayram konserti möhtəşəm atəfəşanlıqla başa çatıb.