QUBADA GÜCLÜ KÜLƏK FƏSADLAR TÖRƏDİB

Həftə sonu əsən güclü külək Qubada bir sıra fəsadlara səbəb olub. Fətəlixan 2 ünvanında yerləşən çoxmənzilli yaşayış binasının 500 kvm lik dam örtüyü yerindən qoparaq həyətə düşüb.

Hadisə zamanı sakinlər xəsarət alan almasa da avtomobillərə ciddi ziyan dəyib. Güclü külək həmçinin ərazidə yerləşən elektrik transformatorunda yanğına səbəb olub. Yanğının qarşısı alınıb. Bundan əlavə bəzi mənzillərin balkonlarına da ziyan dəyib. Hadisə yerinə Rayon Fövqaladə Hallar Komissiyası baxış keçirib.Yağış sularının mənzillərə daxil olmaması üçün tədbirlər görülüb. hadisə yerində müvafiq qurumların iştirakı ilə təmir – bərpa işləri davam etdirilir.