QUBADA FƏRDİ TİNGÇİLİK GENİŞLƏNDİRİLİR

Qubada  fərdi tingçilik təsərrüfatlarının fəaliyyəti genişləndirilir, hektarlarla yeni meyvə bağları salınır, yaşıllıqlar artırılır. Quba rayon sakini Akif Şixkərimov elə uşaq yaşlarından bitkiçiliyə böyük maraq göstərib.

Ailəliklə kənd təsərrüfatı sahəsində çalışan Şixkərimovlar hazırda tingçilik təsərrüfatı ilə məşğul olurlar.  Beləki Akif Şixkərimovun valideynləri Teyyub və Məsmə Şixkərimovlar uzun illərdir ki, bağçılıq işləri ilə məşğuldurlar. Hazırda ailənin tingçilik təsərrüfatının aqronomu da elə Məsmə Şixkərimovadır.Təsərrüfat sahibinin sözlərinə əsasən onların təsərrüfatı hazırda 1 ha-a yaxın torpaq sahəsini tutur. Gələcəkdə təsərrüfatı artırmağı düşünən sahibkar ting yetişdirmə işinin ağır zəhmət tələb etdiyini bildirir. Sahibkar məhsuldar və keyfiyyətli meyvə sortlarını toxum üsulu ilə artırır. O, daha çox yerli şəraitə uyğun növlərin çoxaldılmasına üstünlük verir. Hazırda tingçilik təsərrüfatında tinglərə mövsümə uyğun olaraq qulluq göstərilir, yeni tinglərin yetişdirilməsi üçün hazırlıq işləri görülür.