QUBADA ELMİ-PRAKTİK KONFRANS KEÇİRİLİB
Baxış sayı: 332
Qubada Azərbaycan Milli Antidopinq Agentliyinin təşkilatçılığı ilə “Olimpiya çempionluğuna doğru: Təmiz idmanda milli və qlobal baxışlar” adlı elmi-praktik konfrans keçirilib. Tədbirdə çıxış edən AMADA-nın icraçı direktoru Təhminə Tağı-zadə sağlam idmanın düzgün şəkildə inkişafından və maarifləndirilməsindən söhbət açdı. O, qeyd etdi ki, konfransın təşkilində əsas məqsəd idmanı sağlam təbliğ etməkdir.Konfransda çıxış edən tanınmış idmançılar gənclərə heç vaxt ruhdan düşməməyi tövsiyə ediblər. Tədbirin sessiyalarında təmiz idman mədəniyyətinin inkişafı, qadın idmançılar arasında dopinq probleminə baxış və yerli idmançıların beynəlxalq antidopinq sahəsində maarifləndirilməsi mövzularında müzakirələr aparılıb. Qeyd edək ki, konfrans Gənclər və İdman Nazirliyinin dəstəyi ilə keçirilir.