QUBADA ELMİ KONFRANS KEÇQUBADA ELMİ KONFRANS KEÇİRİLDİİRİLDİ
Baxış sayı: 782
Quba rayon İcra Hakimiyyətinin və Azərbaycan Dövlət Pedaqoji Univeristetin birgə təşkilatçılığı ilə keçirilən konfransdan öncə Ulu Öndər Heydər Əliyevin xatirəsi anıldı, abidəsi önünə gül dəstələri düzüldü. Ümummmili Liderin xatirəsi anıldıqdan sonra Heydər Əliyev Mərkəzində “Heydər Əliyev: elm və təhsilin himayədarı” Respublika elmi konfransı keçirildi. Konfrans öz işinə Ulu öndər, Ümummili lider Heydər Əliyevin ömür yolundan bəhs edən filmin nümayişi ilə başladı. Filmin nümayişindən sonra dövlət himni səsləndirildi və torpaqlarımızın azadlığı uğrunda canından keçmiş şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edildi. Bir dəqiqəlik sükutdan sonra konfransı giriş sözü ilə Quba Rayon İcra Hakimiyyətinin Başçısı Ziyəddin Əliyev açdı. Rayon rəhbəri Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü münasibətilə Quba Rayon İcra Hakimiyyəti və Azərbaycan Dövlət Pedaqoji Universitetinin birgə təşkil etdiyi Respublika elmi konfransının qonaqlarını salamlayıraraq Ümummilli Liderin, dünya miqyaslı siyasətçi, müdrik dövlət xadimi, müstəqil Azərbaycan Respublikasının memarı və qurucusu olduğunu vurğuladı. Qeyd etdi ki, Ulu Öndər Heydər Əliyev bütün şərəfli və mənalı ömrünü xalqımızın xoşbəxt gələcəyinə həsr edib, bütün sahələrdə çətinlikləri dəf edərək ölkəmizin dinamik inkişafının əsasını qoyub.