QUBADA DÖVLƏT SUVERENLİYİ GÜNÜ QEYD OLUNDU

Qubada 20 Sentyabr – Dövlət Suverenliyi Günü ilə bağlı tədbirlər keçirilib. Tədbirdən öncə rayon rəhbərliyi və ictimaiyyət nümayəndələri Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edib, abidə önünə gül dəstələri düzüblər. Daha sonra Quba Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə B.Səfəroğlu adına Rayon Mədəniyyət Mərkəzində ümumrayon tədbiri baş tutub. Tədbirdə Rayon İcra Hakimiyyətinin başçısı İlqar Mahmudov, YAP Quba rayon təşkilatının sədri, hüquq-mühafizə orqanlarının rəhbərləri, hərbçilər, şəhid ailələri, qazilər, müharibə iştirakçıları, RİHB-nın İƏD-lər üzrə nümayəndələri və bələdiyyə sədrləri,ictimai təşkilatların nümayəndələri, din xadimləri, tələbələr və gənclər iştirak ediblər. Tədbir Ulu Öndər Heydər Əliyevin və Vətən uğrunda canlarını fəda etmiş şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi və Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Ardınca tədbir ədəbi-bədii kompozisiya ilə davam etdirilib. Axşam saatlarında “Quba Meydanı” Mədəniyyət və İstirahət parkında konsert proqramı təqdim olunub. Tədbir atəşfəşanlıqla sonlanıb.