QUBADA DÖVLƏT QULLUQÇULARI TƏTLİF EDİLDİ
Baxış sayı: 756
Artıq uzun illərdir ki, tarixdə bu günü Dövlət qulluqçuları peşə bayramı kimi qeyd edir. Bu münasibətlə Quba rayon icra hakimiyyətində tədbir keçirilib. Mərasimdə çıxış edən Quba Rayon İcra Hakimiyyətinin Baçşısı Ziyyəddin Əliyev respublikada müasir tələblərə cavab verən dövlət idarəetmə sisteminin qurulmasından, vətəndaşların hüquq və azadlıqlarının qorunması və həyata keçirilməsi üçün zəruri təsisatların yaradılılmasından danışdı. Sonra il ərzində daha yaxşı fəaliyyət göstərən Quba rayon İcra Hakimiyyətinin nümyəndələrnə fəxri fərman və hədiyələr verildi. Qeyd edək ki,“Dövlət qulluğu haqqında” qanunla Azərbaycanda dövlət qulluğu sahəsində vahid dövlət siyasətinin formalaşdırılmasının əsası qoyulub. Bu sahədə kadr siyasətinin əsas prinsipləri, dövlət qulluqçularının cəmiyyətdəki yeri, onların hüquq və vəzifələri müəyyənləşdirilib.“Dövlət qulluğu haqqında” Qanun qəbul edildikdən sonra mütəmadi olaraq təkmilləşdirilib, 180-dən artıq dəyişikliklə hüquqi akt yaradılıb. Ölkədə idarəçiliyin təşkilində mühüm rol oynayan bu aktlarla dövlət qulluqçularının etik davranış qaydaları, icbari sığortası, pensiya təminatı və digər məsələlər tənzimlənir.