QUBADA DAHA BİR QAZİYƏ EV TİKİLİR

Bu gün ölkəmizdə həyata keçirilən sosial siyasətin əsas istiqamətlərindən biri də Vətən müharibəsində şəhid olmuş döyüşçülərimizin ailə üzvlərinə, qazi və

hərbçilərimizə diqqət və qayğının göstərilməsidir. Torpaqlarımızın işğaldan azad edilməsi uğrunda gedən döyüşlər zamanı yaralanmış Vətən müharibəsinin qaziləri ölkənin hər yerində olduğu kimi, Quba rayonunda da diqqət mərkəzində saxlanılır. Rayon İcra Hakimiyyətinin başçısı Ziyəddin Əliyev Alpan kəndində Vətən Müharibəsi qazisi, ikinci dərəcəli əlil Əmiyev Fərid Ənvər oğlunu yaşadığı evdə ziyarət edib. Rayon rəhbəri qazinin və onun ailə üzvlərinin mənzil-məişət şəraiti ilə, eləcə də onları maraqlandıran digər məsələlərlə ətraflı tanış olaraq qaziyə və onun ailə üzvlərinə lazımi köməkliklərin göstərilməsi məqsədilə aidiyyəti şəxslərə yerindəcə müvafiq tapşırıqlarını verib. Ziyəddin Əliyev Azərbaycan Ordusunun Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında 44 günlük Vətən müharibəsində Fərid kimi igid oğulların sayəsində qələbə çaldığını bildirib. Onun Vətənin, ərazi  bütövlüyümüzün bərpası yolunda yaralanaraq öz sağlamlığını itirdiyini deyib.Fərid Əmiyev Vətən uğrunda döyüşlərdə sağlamlığını qismət itirmiş qazilərimizə göstərilən diqqət və qayğıya görə Ali Baş Komandan İlham Əliyevə minnətdarlığını bildirib. Qeyd edək ki, Fərid Əmiyev Füzuli rayonunun və Şuşa şəhərinin azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib.Prezident İlham Əliyevin müvafiq sərənsamları ilə “Füzulinin azad olunmasına görə”, “Şuşanın azad olunmasına görə” və “Cəsur döyüşçü”medalları ilə təltif olunub.