QUBADA (COVİD-19) VİRUSUNA QARŞI QABAQLAYICI TƏDBİRLƏR

Ümumdünya səhiyyə təşkilatının rəsmi açıqlamasına görə, hazırda dünyanın 209 ölkəsində 1 miyon, 350 min insan bu virusa tutulub və yoluxma halları davam edir.

Ölkəmizdə virusa ilk yoluxma halı fevral ayının ortalarından aşkarlandı və təssüflər olsun ki, bu günə qədər yoluxmalar yüksələn xətt üzrə davam edir. Ölkə rəhbərliyi COVİD-19 un geniş yayılmasınının qarşısını almaq məqsədi ilə bir sıra tədbirlər görür. Karantin rejmi tətbiq edilib, insanların ən çox olduğu yerlər dezinfeksiya olunub və bu gün də bu dezinfeksiya işləri davam etdirilir. Virusun genişlənməsinin qarşısını almaq məqsədi ilə ilk olaraq risk qrupuna daxil olan 65 yaşdan yuxarı vətəndaşlarımızın çölə çıxması məhdudlaşdırılıb.Epidemiyanın artması nəzərə alınaraq ötən bazar günündən başlayaraq bütün vətəndaşların çölə çıxmaları ciddi şəkildə məhdudlaşdırılıb. Televiziyamızın yerləşdiyi Şimal bölgəsinə daxil olan Quba rayonu da COVİD-19 pandemiyasının yayıldığı rayonlardan biridir.Bunu nəzərə alaraq Qubada həyata keçirilən dezinfeksiya işlərinin gedişatı haqqında mütəxəssisdən soruşduq.Qubada infeksiyaya yoluxmaların qarşısını almaq məqsədi ilə rayonun bütün parklarında dezinkefsiya tədbirləri görülüb,girişi məhdudlaşdırılaraq oturacaqları lentlə bağlanılıb. O cümlədən televiziyamız da daxil olmaqla bütün iş yerləri xüsusi dərman məhluları ilə dezinfeksiya edilib.