QUBADA BƏRBƏRLƏR ÜÇÜN SEMİNAR KEÇİRİLİB

Qubada Asan Xidmət Kompleksinin Təlim Mərkəzində bərbər İşinə gigiyenik, estetik ve kreativ yanaşmalar mövzusunda seminar keçirilib. Seminarda tanınmış bərbər ustadlar Vahab Axundzadə və Telman Eyzamoğlu, Quba rayonu xəstəxanasının infeksiya şöbəsinin müdiri Şəbnəm Şükürova, Qafqaz televiziyasının rəhbəri Eltən Qədimbəyli və gənc iş adamı Aydın Kiçikbəyov İştirak ediblər. Seminarın məqsədi ustad bərbərlər tərəfindən Bu iş ilə məşgul olan gənclərə bərbərlik peşəsinin sirrlərini aşılamaqdan ibarət olub. Tədbirin sonunda bu işə həvəs göstərən 40 yaxın gənc qatılımçı sertifikatı ilə təltif edilib.