QUBADA BURAXILIŞ İMTAHANI KEÇİRİLƏCƏK MƏKTƏBLƏR DEZİNFEKSİYA OLUNUR

Quba rayonunda Dövlət imtahan mərkəzinin iyun ayında reallaşması nəzərdə tutulan buraxılış imtahanlarının keçiriləcəyi məktəblərdə koronavirus infeksiyasının qarşısının alınması məqsədi ilə dezinfeksiya işlərinə başlanılıb.

Həyata keçirilən qabaqlayıcı tədbirlər şəhərin 1,2,3,4 saylı məktəblərini eləcədə Quba fizika,riyaziyyat və informatika təmayüllü liseyi əhatə edib. Mərhələli şəkildə ümumilikdə 12 məktəbin dezinfeksiya edilməsi nəzərdə tutulub. Pərviz Nurməmmədov müsahibəsində onu da vurğuladı ki , Dezinfeksiya işləri şəhər məktəbləri ilə yanaşı imtahanlar keçiriləcək kənd məktəblərində də aparılacaq. Sonda onu da xatırladaq ki, Koronavirus infeksiyasının Azərbaycan ərazisində yarada biləcəyi təhlükənin qarşısının alınması və bu sahədə aparılan müvafiq profilaktik tədbirlərin effektivliyinin yüksəldilməsi məqsədilə Dövlət İmtahan Mərkəzinin 15 və 29 mart tarixlərində keçirilməsi planlaşdırılan imtahanlar təxirə salınmışdır. Hazırda bu imtahanların iyun ayında keçirilməsi nəzərdə tutulub .