QUBADA BİLGİLƏNDİRİCİ TƏDBİRLƏR DAVAM EDİR
Baxış sayı: 748
Azərbaycan Respublikasının Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi və Kənd Qadınlarının Problemlərinin Həllinə Dayaq İctimai Birliyi tərəfindən Qubanın Alekseyevka kəndində “Kənd qadınlarının hər cür zorakılıq hallarından qoruyaq!” devizi altında tədbir keçirildi. “Quba rayonunun kəndlərində zorakılığa məruz qalmış kənd qadınları üçün hüquqi yardım və maarifləndirmə işlərinin təşkili” layihəsi çərçivəsində keçirilən tədbirdə Kənd Qadınlarının Problemlərinin Həllinə Dayaq İctimai Birliyinin sədri Kəklik Cəfərova , təlimçi ekspert Sevil Allahverdiyeva, Azərbaycan Vəkillər Kollegiyasının üzvü Müşfiq Mahmudov, və kənd sakinləri iştirak etdilər. Tədbir iştirakçılarının salamlayan İctimi Birliyin sədri Kəklik Cəfərova layihənin məqsədləri və önəmi haqqında bilgi verdiTədbirdə çıxış edən təlimçi ekspert Sevil Allahverdiyeva qadınların üzləşdikləri zorakıllıq halları haqqında geniş bilgi verərək, qadınlara qarşı tətbiq olunan iqtisadi, psixoloji, fizioloji və emosianal təzyiqdən danışaraq, bu zorakılığa səbəb olan faktlardan və onların aradan qaldırılması yollarından bəhs etdi.