QUBADA BEYNƏLXALQ AİLƏ GÜNÜ QEYD OLUNUB
Baxış sayı: 11
Quba rayon Heydər Əliyev Mərkəzində 15 may - Beynəlxalq Ailə günü ilə bağlı tədbir keçirilib. Tədbirdə Rayon İcra Hakimiyyəti başçısının müavini, Rayon İcra Hakimiyyəti başçısı aparatının məsul əməkdaşları, rayon Ağsaqqallar Şurasının sədri, Quba rayon Heydər Əliyev Mərkəzinin direktoru, Alpan kənd Elşad Bayramov adına tam orta məktəbinin direktoru, ali və orta ixtisas müəssisələrinin tələbələri və gənclər iştirak edib. Çıxışılarda müstəqil Azərbaycanda dövlət və ailə siyasətinin əsas prinsiplərinin formalaşmasında Ümummilli Lider Heydər Əliyevin rolu, hazırda prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın milli-mənəvi dəyərlərin qorunması sahəsində xidmətlərindən bəhs edilib. Ölkəmizdə ailələrin rifahının daha da yaxşılaşdırılması istiqamətində mühüm tədbirlərin həyata keçirilməsi, 15 may - Beynəlxalq Ailə günü ilə bağlı xalqımıza məxsus olan ailə dəyərlərinin qorunub saxlanılması və gənc nəsilə aşılanmasına toxunulub. Tədbirin sonunda 15 may - Beynəlxalq Ailə günü ilə bağlı video-rolik nümayiş olunub.