QUBADA AĞACƏKMƏ AKSİYASI KEÇİRİLİB

11 noyabr 2022-ci il tarixdə Quba rayonunda Rayon İcra Hakimiyyəti və Yeni Azərbaycan Partiyası Quba rayon təşkilatının birgə təşkilatçılığı ilə Yeni Azərbaycan Partiyasının yaranmasının 30 illiyi ilə əlaqədar ağacəkmə aksiyası təşkil olunub.Aksiyada Rayon İcra Hakimiyyətinin başçısı Ziyəddin Əliyev, YAP Quba rayon təşkilatının sədri, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, Rayon İcra Hakimiyyətinin məsul şəxsləri, rayon ictimaiyyətinin nümayəndələri və könüllülər qatılıblar. Aksiya zamanı müxtəlif növ ağaclar əkilərək suvarılıb, bundan əvvəl əkilən tinglərə aqrotexniki qulluq göstərilib.