Koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə respublikamızda tətbiq edilən xüsusi karantin rejimi ilə əlaqədar ölkə rəhbərliyi tərəfindən həyata keçirilən genişmiqyaslı tədbirlərə dəstək olaraq, Qubadakı 5 saylı Yol istismarı idarəsinin kollektivi rayonun ucqar dağ kəndlərində yardım aksiyası keçirib.
Aksiya çərçivəsində rayonun kəndlərində aztəminatlı ailələrə, karantin rejiminin tələblərinə uyğun olaraq evdə qalan yaşı 65-dən yuxarı tənha, ahıl insanlara, imkansız şəxslərə gündəlik tələbat malları, gigiyenik vasitələr, un və digər ərzaq məhsullarından ibarət bağlamalar paylanılıb. Vətəndaşlar göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısına, həmçinin aksiyanın təşkilatçısına minnətdarlıqlarını bildiriblər. Qeyd edək ki, bu cür aksiyalar Quba rayonunda mütəmadi təşkil olunur.Rayon icra Hakimiyyətinin təşkilatçılığı ilə yerli idarə,müəssisə və təşkilatlar,özəl sahibkarlıq müəssisələrinin kollektivləri də bu aksiyaya fəal qoşulublar.