QUBADA ANIM GÜNÜ TƏDBİRİ KEÇİRİLDİ

27 sentyabr Respublikanın hər yerində olduğu kimi Qubada da 2020-ci ildən noyabrın 10-a qədər davam edən 44 günlük Vətən Müharibəsinin başlanması və torpaqlarımızın bütövlüyü və azadlığı uğrunda canından keçən qəhrəman vətən oğullarının xatirəsinin anım günü qeyd edildi. Ağacəkmə kompaniyası ilə başlayan Anım Günü törəni rayonun şəhidlər xiyabanında davam etdi. 27 sentybar o qürurverici Zəfər tarixinin, şanlı Zəfər dastanın yazılmağa başladığı günü anmaq üçün bu gün hər kəs dövlət rəsmiləri, hüquq mühafizə orqanı əməkdaşları, bütün rayon ictimaiyyəti şəhidlərimizin məzarı başında onların valideynlərinin, ailə üzvlərinin yanında oldular. Şəhidlərimizn məzarları üzərinə təzə gül dəstələri düzüb, onların əziz xatirələrini yad etdilər.