QUBADA AKADEMİK ZƏRİFƏ ƏLİYEVANIN 101-Cİ İLDÖNÜMÜ QEYD EDİLİB

 B.Səfəroğlu adına Quba rayon Mədəniyyət Mərkəzində Quba-Xaçmaz Regional Mədəniyyət İdarəsinin təşkilatçılığı ilə görkəmli oftalmoloq alim, Əməkdar elm xadimi,

akademik Zərifə Əliyevanın anadan olmasının 101-ci ildönümü münasibətilə “Qayğıkeş ana, vəfalı ömür-gün yoldaşı və böyük alim” mövzusunda tədbir keçirilib.Tədbirdə B.Səfəroğlu adına Quba rayon Mədəniyyət Mərkəzin və şəbəkəyə daxil olan qəsəbə və kənd klublarının əməkdaşları, rayonun mədəniyyət müəssisələrinin nümayəndələri iştirak ediblər. Öncə tədbir iştirakçıları Ümumilli lider, ulu öndər Heydər Əliyevin, görkəmli alim Zərifə Əliyevanın və torpaqlarımız uğrunda canından keçən şəhidlərin xatirəsini bir dəqiqəlik sükutla yad ediblər. Tədbirdə giriş sözü ilə çıxış edən Mədəniyyət Mərkəzinin direktoru Ramiz Ramazanov qayğıkeş insan, böyük ziyalı, sədaqətli həyat yoldaşı, gözəl ana kimi xatırlanan, eləcə də zəngin elmi fəaliyyətində işıqlı keyfiyyətləri yüksək səviyyədə yaşatmış görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın mənalı ömür yolundan danışıb.