Quba Rayon İcra Hakimiyyətinin başçısı İlqar Mahmudov Xucbala kənd inzibati ərazi
dairəsinin Digah kəndində vətəndaşların səyyar qəbulunu keçirib. Qəbulda rayon Polis şöbəsinin rəisi, Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon şöbəsinin rəisi, Rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın sədri, rayonun bütün idarə, müəssisə və təşkilatlarının rəhbərləri iştirak ediblər.Səyyar qəbul zamanı Rayon rəhbəri tərəfindən Prezident İlham Əliyevin rəhbərliyi ilə respublikamızda, eləcə də rayonumuzda görülmüş işlər barədə Digah kənd sakinlərinə ətraflı bilgi verildi. Sonra vətəndaşlar tərəfindən qaldırılan məsələlərin həlli məqsədilə aidiyyəti şəxslərə yerindəcə lazımi tapşırıqlar verildi.Digah kənd sakinləri əhalinin problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərə, göstərilən diqqət və qayğıya görə ölkə Prezidentinə öz minnətdarlıqlarını bildirdilər.Qəbuldan əvvəl Rayon İcra Hakimiyyətinin başçısı aidiyyəti şəxslərlə birlikdə Birinci Qarabağ Müharibəsi şəhidi Həmzəyev Fərhad Zümrəddin oğlunun Digah kənd tam orta məktəbinin önündə qoyulmuş büstünün önünə gül dəstələri düzdülər.