QUBADA 70-DƏK VƏTƏNDAŞIN PROBLEMİ DİNLƏNİLDİ
Baxış sayı: 756
“Azəriqaz” İB-nin “açıq mikrafon”u bu dəfə Qubanın Gənclər Parkında quruldu. Vətəndaşların qaz təchizatı ilə bağlı üzləşdiyi problemlərin həllinə dəstək vermək məqsədi ilə keçirilən bu aksiyada vətəndaşların problem və təklifləri dinlənildi. Aksiyada "Azəriqaz" İstehsalat Birliyinin Şikayətlərin araşdırılması şöbəsinin rəisi İbrahim Kərbalayev, Birliyin Xaçmaz Regional qaz istismarı İdarəsinin rəsmiləri və rayon sakinləri iştirak edib. "Açıq mikrafon" aksiyasının imkanlarından sahibkarlar da yararlanıb. Bu yöndə müraciətlər təbii qaza görə yaranan debitor borcun ödənilməsi üçün müəyyən qədər vaxt verilməsi ilə bağlı olub. Bundan başqa sakinlər mavi yanacaq olmaması səbəbindən üzləşdikləri çətinliklərdən söz açıblar. Aksiyaya Quba sakinləri ilə yanaşı, Xaçmaz rayonunun Əhmədoba, Hacıəhmədoba və digər kəndlərinin sakinləri də üz tutublar. Onlar da bir sıra kəndlərin, yeni yaşayış massivlərinin qazlaşdırılmasını xahiş ediblər.