QUBADA 28 YAŞLI KİŞİ KANALDA İTKİN DÜŞDÜ

Quba rayonunda bədbəxt hadisə baş verib. 28 yaşlı kişi suvarma kanalına düşərək itkin düşüb. Hazırda onun tapılması istiqamətində axtarış-xilasetmə tədbirləri davam etdirilir.

Hadisə rayonun Mirzəməmməd kəndi ərazisində qeydə alınıb. Məlumata görə, 1998-ci il təvəllüdlü Xəyal Hidayət oğlu Muradov “KamAZ” markalı yük avtomobilini saxlayaraq su götürmək istəyib. Bu zaman ehtiyatsızlıq nəticəsində suvarma kanalına düşüb. Hadisədən sonra onun tapılması üçün aidiyyəti qurumların əməkdaşları tərəfindən axtarış tədbirlərinə başlanılıb.FHN-dən verilən bilgiyə görə Qudyalçayın Quba rayonundan keçən hissəsində batdığı ehtimal olunan 1997-ci il təvəllüdlü Muradov Xəyal Hidayət oğlunun axtarışları Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin qüvvələri tərəfindən həyata keçirilir. Hazırda vətədaşın axtarışları batdığı ehtimal olunan istiqamətlərdə davam etdirilir.Qeyd edək ki, hadisənin baş verdiyi suvarma kanalı Quba rayonu ərazisindən keçərək Samur-Abşeron kanalına birləşir. Bu isə axtarışların aparılmasını çətinləşdirən amillərdən biri ola bilər.