QUBADA 27 SENTYABR ANIM GÜNÜ TƏDBİRİ KEÇİRİLDİ
Baxış sayı: 130
27 sentyabr Respublikanın hər yerində olduğu kimi Qubada da 2020-ci ildən noyabrın 10-a qədər davam edən 44 günlük Vətən Müharibəsinin başlanması və torpaqlarımızın bütövlüyü və azadlığı uğrunda canından keçən qəhrəman vətən oğullarının xatirəsinin anım günü rayonun şəhidlər xiyabanında qeyd edildi. 27 sentybar o qürurverici Zəfər tarixinin, şanlı Zəfər dastanın yazılmağa başladığı günü anmaq üçün bu gün hər kəs dövlət rəsmiləri, hüquq mühafizə orqanlarının əməkdaşları, bütün rayon ictimaiyyəti şəhidlərimizin məzarı başında onların valideynlərinin, ailə üzvlərinin yanında oldular. Şəhidlərimizn məzarları üzərinə təzə gül dəstələri düzüb, onların əziz xatirələrini yad etdilər. Tədbirdə tələbə və məktəblilər vətənpərvərlik ruhlu şerlər səsləndirdilər. Saat 12:00-də vətən müharibəsində qəhrəmancasına döyüşmüş, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş bütün şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilmiş, rayon ərazisində nəqliyyat vasitələrinin və piyadaların hərəkəti dayandırılmış və səs siqnalları verilmişdir. Gün ərzində rayonun idarə və müəssisələrinin kollektivləri, ictimaiyyət nümayəndələri, rayon sakinləri də Şəhidlər Xiyabanına gələrək şəhidlərimizi anmışlar.