QUBADA 20 YANVAR FACİƏSİNİN 35-Cİ İLDÖNÜMÜ QEYD OLUNDU
Baxış sayı: 12
Yanvarın 20-də ölkəmizin bütün bölgələrində olduğu kimi, Quba rayonunda da 20 Yanvar şəhidlərinin xatirəsi anılıb. Mərasimdə Quba rayon İcra Hakimiyyəti başçısının, YAP Quba rayon təşkilatının sədri, Rayon İcra Hakimiyyətinin məsul şəxsləri, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri, qazilər və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər. Əvvəlcə Quba şəhərində yerləşən Şəhidlər Xiyabanında xatirələri əbədiləşdirilən şəhidlər və “Şəhidlər” memorial kompleksi ziyarət olundu. Vətən uğrunda canından keçən qəhraman oğulların xatirəsi anıldı, xatirə kompleksinin və məzarların üzərinə gül dəstələri düzüldü, din xadimləri Qurani-Kərimdən ayələr oxudular. Sonra Quba şəhər qəbiristanlığında dəfn edilən Qarabağ müharibəsi şəhidlərinin də məzarları ziyarət olunub, üzrəinə gül dəstələri düzülüb. Saat 12 – də 20 yanvar şəhidlərinin xatirəsinə ehtiram əlaməti olaraq Quba şəhərində 1 dəqiqəlik sükut elan edildi. Qeyd edək ki, 20 Yanvar hadisələri zamanı Quba rayonundan olan 4 nəfər şəhid, 3 nəfər isə ağır dərəcəli bədən xəsarətləri alaraq əlil olub.