QUBA SAKİNİ ETİBAR QƏHRƏMANOV 15 İLDƏN ÇOXDUR HEYKƏLTƏRAŞLIQLA MƏŞĞULDUR

Daşlara nəfəs, can, ruh verən heykəltəraş çox qiymətli incilər hazırlayır. Sıradakı süjetimizin qəhrəmanı Qubanın ikinci Nügədi kənd sakini Etibar Qəhrəmanov 15 ildən çoxdur ki,heykəltəraşlıqla məşğuldur.

O ilk dəfə çəkdiyi rəsmlə Respublika yarışında birinci yerə çıxıb və bundan sonra daha da həvəslənərək yeni yeni əsərlər ərsəyə gətirib.Qubanın İkinci Nügədi kəndində yaşayan Etibar Qəhrəmanov Həm rəssam və həmdə heykəltaraş kimi tanınır. İlk olaraq  rəsm işləri ilə başlayan Etibar daha sonra heykəltaraşlıqla məşğul olmağa davam edib və bu sahədə çoxlu uğurlar qazanıb. Hazırda sənətini tamamilə heykəltaraşlığa yönəldən qəhrəmanımız deyirki , Bakı-Quba yolunda hazırladığı müxtəlif fiqurlu heyvanlar və əşyaları sataraq gəlir əldə edir , daha yaxşı materiallar alaraq yeni işləriylə göz oxşayır. Müsahibimizin sözlərinə görə , ən ucuz hazırladığı əsərlərinin qiyməti 15 və ən bahalısının qiyməti 2500-3000 manat arasında dəyişir. Ən çox vaxt sərf etdiyi əşya isə çaylarda təbii yonularaq qalan köklərdir ki, o köklərdən də at fiquru hazırlayır. Bir atın hazırlanmasına düz 2-3 ay vaxt sərf edir. Təsadüfi deyildir ki, heykəltəraşlıq - insanın nəcib əməllərini, şərəf və şöhrətini əsrlər boyu yaşadan ən gözəl sənət növlərindən sayılır.Bu gözəl əl işlərini gördükcə insan övladının nələrə qadir olduğuna heyran qalmaya bilmirsən.