QUBA SAKİNİ 100 YAŞINI QEYD EDİR

Quba rayonun sakini Kazimov Yunus Məmmədağa oğlunun 100 yaşı tamam olub. Veteranı təbrik etmək üçün Quba Rayon İcra Hakimiyyətinin Başçısı Ziyəddin Əliyev Timiryazev kəndində onu ziyarət edib. Rayon rəhbərinin də iştirak etdiyi görüşdə müharibə veteranına hədiyyələr təqdim olunub. Görüş zamanı Azərbaycan xalqının həm ön, həm də arxa cəbhədə böyük qəhrəmanlıq və igidlik göstərdiklərindən bəhs edilib.100 yaşlı Quba sakini ilə görüşdə bildirilib ki, Prezident İlham Əliyevin həyata keçirdiyi mühüm tədbirlər hesabına müharibə veteranlarının sosial müdafiəsi daha da yaxşılaşır. Sonda müharibə veteranı döyüş yolu haqqda xatirələrini bölüşüb, xalqimiza sülh və əmin – amanlıq arzulayıb .