QUBA RİH-NİN BAŞÇISI XOCALILARLA GÖRÜŞDÜ

Quba rayon İcra Hakimiyyətində Xocalı faciəsinin ildönümü ilə bağlı Xocalı şəhərindən köçkün düşərək bu rayonunda məskunlaşmış 3 ailənin nümayəndələri ilə görüş

keçirilib. Əvvəlcə Ümummilli Lider Heydər Əliyev, Xocalı soyqırımı qurbanları və ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda həlak olan şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Görüşdə çıxış edən Quba rayon İcra Hakimiyyətinin başçısı İlqar Mahmudov Azərbaycan xalqının qan yaddaşı olan Xocalı faciəsi, ermənilərin zaman-zaman xalqımıza qarşı törətdikləri vəhşiliklər və Xocalı soyqırımı ilə bağlı həqiqətlərin dünya ictimayiyyətinin nəzərinə çatdırılması üçün görülməsi vacib olan işlər barədə ətraflı bilgi verdi. Bildirdi ki, hər il faciənin ildöümü istər respublikamızda, istərsə də onun hüdudlarından kənarlarda geniş qeyd olunur, faciə qurbanlarının xatirəsi yad edilir, dünya ictimaiyyətinə ermənilərin əsil iç üzü göstərilir. Rayon ağsaqqallar şurasının sədri İldırım Məmmədov Xocalı soyqırımı zamanı şəhid olmuş insanların ailələrinə başsağlığı verdi və bildirdi ki, Azərbaycan xalqının qan yaddaşı olan Xocalı faciəsinin geniş ictimaiyyətə çatdırılması üçün Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin böyük əməyi olub. Məhz onun təşəbbüsü ilə Azərbaycan Respublikasının Milli Məclisində ilk dəfə bu məsələyə siyasi qiymət verilib, faciənin dünya ictimaiyyətinin nəzərlərinə çatdırılması məqsədi ilə işlərə başlanılıb. RİH yanında İctimai Şuranın sədri Laçın Səfərəliyev qeyd etdi ki, 44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılan böyük Zəfərdə Xocalı faciəsi qurbanlarının da qisası alındı, şəhidlərimizin qanı yerdə qalmadı. Xocalıdan olan məcburi köçkünlər çıxış edərək bu faciənin dəhşətlərindən danışaraq, onlara dövlət tərəfindən göstərilən diqqətə, qayğıya və yaradılan şəraitə görə ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevə minnətdarlıqlarını bildirmişlər.