QUBA RİH-DƏN TÜRKİYƏYƏ QARDAŞ DƏSTƏYİ
Baxış sayı: 428
Qardaş Türkiyədə baş vermiş güclü zəlzələdən zərərçəkənlərə humanitar yardım kampaniyasına ölkəmizin digər bölgələri kimi, Quba rayonu da qoşulub. Qubadakı Azərbaycan-Türkiyə Qardaşlıq parkından yardımla dolu iki yük avtomobili qardaş ölkəyə yola salınıb.Quba Rayon İcra Hakimiyyəti tərəfindən Türkiyədə dağıdıcı zəlzələdən zərərçəkmiş şəxslərin ehtiyaclarının qarşılanması məqsədilə generatorlar, çadır, yataq ləvazimatları, zəruri gigiyenik vasitələr, elektrik qızdırıcıları və başqa avadanlıqlar göndərilib. Mərasimdə Rayon İcra Hakimiyyətinin məsul şəxsləri, YAP Quba rayon təşkilatının sədri, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri, qazilər, müharibə iştirakçıları, RİHB-nın İƏD-lər üzrə nümayəndələri və bələdiyyə sədrləri, ictimai təşkilatların, həmçinin rayonun idarə və müəssisələrinin rəhbərləri, din xadimləri və ictimaiyyət nümayəndələri iştirak etmişdir.Quba Rayon İcra Hakimiyyətinin başçısı Ziyəddin Əliyev də Quba Rayon İcra Hakimiyyəti tərəfindən göstərilən yardımın yola salınması mərasimində iştirak edib. Qeyd edək ki, fevralın 6-da çoxsaylı insan tələfatı və dağıntılarla müşayiət olunan təbii fəlakətin fəsadlarının aradan qaldırılması üçün Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin və birinci xanım, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsləri ilə qardaş Türkiyəyə könüllü humanitar dəstək tədbirlərinin göstərilməsinə başlanılıb. Bu nəcib çağırışa yüz minlərlə vətəndaş, müxtəlif dövlət və özəl müəssisələr, o cümlədən vətəndaş cəmiyyəti institutları qoşulublar.