QUBA RİH-DƏ HESABAT YIĞINCAĞI KEÇİRİLİB

Quba Rayon İcra Hakimiyyətində rayonda son 5 il ərzində görülmüş işlər və qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağı keçirilib. Yığıncaqdan əvvəl Rayon İcra Hakimiyyətinin başçısı Ziyəddin Əliyev, Azərbaycan Respublikasının Milli Məclisinin deputatı Vahid Əhmədov, YAP Quba rayon təşkilatının sədri, Rayon İcra Hakimiyyəti başçısının müavinləri, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, rayon Ağsaqqallar Şurasının sədri,RİH yanında İctimai Şuranın sədri tərəfindən Ulu Öndər Heydər Əliyevin abidəsi və rayonun Şəhidlər Xiyabanı ziyarət olunmuşdur. Sonra Rayon İcra Hakimiyyətinin akt zalında son 5 il ərzində görülmüş işlər və qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağı keçirilib. Yığıncaq Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilməsi ilə başlanış, sonra Ulu Öndər Heydər Əliyevin və ölkəmizin müstəqilliyi, ərazi bütövlüyü və suverenliyi uğrunda müqəddəs şəhidlik zirvəsinə ucalmış Vətən övladlarının əziz xatirələri bir dəqiqəlik sükutla yad edilmişdir. Daha sonra Quba rayonunda son 5 il ərzində görülmüş işlərə həsr olunmuş “5 ilin uğurları” adlı film nümayiş etdirilmişdir. Sonda Rayon İcra Hakimiyyətinin başçısı Ziyəddin Əliyev hazırda da ölkə başçısının rəhbərliyi altında bütün respublikamızda olduğu kimi rayonda da bir sıra mühüm layihələrin həyata keçirildiyini, gələcəkdə də Qubada yeni-yeni böyük layihələrin icra ediləcəyini bildirmiş, indiyədək əldə olunan uğurlarda hər bir rayon sakininin rolunun olduğunu qeyd etmiş, hamını rayonun daha da inkişafı naminə bundan sonra da öz səylərini əsirgəməməyə çağırmış, hamıya uğurlar arzulamış və yığıncağa yekun vurmuşdur.