Dövlət başçımızın tapşırığına əsasən Quba rayonunda vətəndaşlarla keçirilən səyyar görüş-qəbullar həlli vacib olan məsələlərin müəyyənləşdirilərək icra olunmasına müsbət töhfələr verir.Bu sıradan növbəti səyyar görüş-qəbul Qımılqazma kəndində keçirilib.
Quba rayon İcra Hakimiyyətinin başçısı Ziyəddin Əliyevin Qəçrəş İnzibati Ərazi Dairəsinə daxil olan Qızılqazma kəndində vətəndaşlarla keçirdiyi səyyar görüş-qəbulda idarə,müəssisə və təşkilat rəhbərləri, ictimaiyyət nümayəndələri iştirak edib. İcra başçısı kənd əhalisini maraqlandıran məsələlər, bu yaşayış məntəqəsinin mövcud sosial durumu ilə maraqlanıb, sakinlərin fərdi müraciətlərini dinləyib.Qeyd olunub ki,dövlət başçımızın tapşırığına əsasən yerlərdə vətəndaşlarla keçirilən səyyar görüş-qəbullar həlli vacib olan məsələlərin müəyyənləşdirilərək icra olunmasına müsbət töhfələr verir. Səyyar görüş-qəbulda son dövrlər Quba rayonunda həyata keçirilən uğurlu sosial-iqtisadi layihələr, geniş vüsət alan tikinti-quruculuq, yol-infrastruktur işlərindən razılıqla söhbət açılıb.Əldə olunan nailiyyətləri yüksək qiymətləndirən Qızılqazmalılar istismar müddəti baça çatmış qaz və işıq sayğaclarının dəyişdirilməsi, kənddən Xınalıq yoluna alternativ yeni yolun çəkilməsi,məktəb binasının qazlaşdırılması və sair kimi müraciətlər də səsləndiriblər.Quba rayon icra hakimiyyəti başçısının mütəmadi olaraq yerlərdə vətəndaşlarla görüşlər keçirməsinin əhəmiyyətini vurğulayan kənd sakinləri vətəndaşlar tərəfindən qeyd olunan məsələlərə həssaslıqla yanaşılmasını, az müddət ərzində müraciətlərin icra olunmasını yüksək qiymətləndiriblər. Qeyd edək ki, ötən səyyar görüş-qəbullarda olduğu kimi, Qımılqazma kəndində də vətəndaşların müraciətlərinin təcili həlli məqsədilə aidiyyatı qurumların rəhbərlərinə tapşırıqlar verilib.