Qubadakı Soyqırımı Memarial kompleksini ziyarət edən Quba rayon İcra Hakimiyyətinin başçısı Ziyəddin Əliyev, icra hakimiyyəti aparatının məsul əməkdaşları rayon ictimaiyyəti adından faciə qurbanlarının xatirəsinə ehtiramını bildirib, abidə qarşısına tər çiçəklər düzüb.
Onu da qeyd edək ki, Koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədi ilə Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən Azərbaycanda xüsusi karantin rejiminin elan olunması ilə əlaqədar kompleksdə onlayn ziyarət təşkil olunub. İnsanların sıx toplaşması qadağan edildiyindən, kompleksə feysbuk səhifəsi üzərindən səyahət etmək imkanı yaradılıb. Səhifədə kompleks barəsində ətraflı məlumatlar yerləşdirilib.