QUBA RAYON İCRA HAKİMİYYƏTİ YARDIM AKSİYALARINI DAVAM ETDİRİR

Ölkə rəhbərliyi tərəfindən həyata keçirilən genişmiqyaslı tədbirlərə, o cümlədən Heydər Əliyev Fondunun başlatdığı “Biz birlikdə güclüyük” şüarı ilə reallaşan sosial aksiyaya dəstək olmaq məqsədi ilə Quba rayon İcra Hakimiyyəti növbəti yardım aksiyasını keçirib.

Aksiya zamanı müraciətlər əsasında aztəminatlı və digər həssas kateqoriyadan olan ailələrə gündəlik təlabat vasitələri olan qida məhsullarından ibarət bağlamalar təqdim olunub .Rayon İcra Hakimiyyətinin əməkdaşları gün ərzində ərzaq bağlamalarını müxtəlif ünvanlara çatdırıblar.Həmçinin yardım bağlamaları rayonun inzibati ərazi dairəsi üzrə nümayəndələrinin vasitəsi ilə kəndlərdə olan aztəminatlı ailələlərə də təqdim olunub.Ərzaq yardımı ilə təmin olunan vətəndaşlar isə öz növbələrində bu gözəl təşəbbüsü həyata keçirdiklərinə görə dövlətimizin başçısına, eləcədə aksiyanın təşkilatçılarına xüsusi təşəkkürlərini bildiriblər.Sonda onu da xatırladaq ki , Quba rayon İcra Hakimiyyəti tərəfindən reallaşan yardım kampaniyasının növbəti günlərdə də həyata keçirilməsi nəzərdə tutulub.