QUBA RAYON İCRA HAKİMİYYƏTİ DAHA BİR YARDIM AKSİYASI KEÇİRİB

Ölkə rəhbərliyi tərəfindən həyata keçirilən genişmiqyaslı tədbirlərə, o cümlədən Heydər Əliyev Fondunun başlatdığı “Biz birlikdə güclüyük” şüarı ilə reallaşan sosial aksiyaya dəstək olmaq məqsədi ilə Quba rayon İcra Hakimiyyəti yardım aksiyası keçirib.

Aksiya zamanı müraciətlər əsasında aztəminatlı və digər həssas kateqoriyadan olan ailələrə gündəlik təlabat vasitələri olan qida məhsullarından ibarət bağlamalar təqdim olunub Rayon İcra Hakimiyyətinin əməkdaşları gün ərzində ərzaq sovqatlarını müxtəlif ünvanlara çatdırıblar.eləcə də Yardım bağlamaları rayonun inzibati ərazi dairəsi üzrə nümayəndələrin vasitəsi ilə kəndlərdə olan aztəminatlı ailələlərə də paylanılıb. Ərzaq sovqatı ilə təmin olunan vətəndaşlar isə öz növbələrində onların qayğılarına qaldıqları üçün dövlətimizin başçısına, həmçinin aksiyanın təşkilatçılarına xüsusi təşəkkürlərini bildiriblər. Sonda onu da vurğulayaq ki , Quba rayon İcra Hakimiyyəti tərəfindən reallaşan yardım kampaniyasının davamlı şəkildə həyata keçirilməsi nəzərdə tutulub.