QUBA RAYON İCRA HAKİMİYYƏTİ DAHA BİR YARDIM AKSİYASI KEÇİRİB

COVİD-19 infeksiyasının yayıldığı bir vaxtda ölkə rəhbərliyi tərəfindən həyata keçirilən genişmiqyaslı tədbirlərə dəstək olaraq Quba rayon İcra hakimiyyəti də növbəti yardım aksiyasını keçirib.

Həyata keçirilən aksiya zamanı Quba rayonu üzrə müəyyən olunmuş siyahı əsasında aztəminatlı ailələrə və 65 yaşdan yuxarı tənha, imkansız şəxslərə ərzaq məhsullları,gigiyenik vasitələrdən ibarət bağlamalar paylanılıb. Gün ərzində Quba rayon İcra Hakimiyyətinin əməkdaşları ərzaq sovqatlarını müxtəlif ünvanlara çatdırıblar. Yardım sovqatları yalnız şəhərdə yaşayan sakinlərə deyil, eləcə də rayonun inzibati ərazi dairəsi üzrə nümayəndələrin vasitəsi ilə kəndlərdə olan aztəminatlı ailələlərə də paylanılıb. Rayon sakinləri də həmçinin xüsusi karantin rejiminin tətbiq olunduğu bu günlərdə onları unutmayan və qayğılarına qaldıqları üçün dövlətimizin başçısına, həmçinin aksiyanın təşkilatçılarına minnətdar olduqlarını bildiriblər. Sonda onu da xatırladaqkı, bu cür aksiyalar Quba rayon icra hakimiyyəti tərəfindən tez-tez təşkil olunur. Qarşıdakı günlərdə də yardım kampaniyasının mərhələli şəkildə davam etdirilməsi nəzərdə tutulub