Quba rayon icra hakimiyyətinin başçısı Ziyəddin Əliyev Qəçrəş kəndində vətəndaşlarla görüşüb, Rayon mərkəzindən 12 km məsafədə yerləşən, 2500 nəfərə yaxın əhalinin yaşadığı kəndin sakinlərinin müraicətlərini dinləyib.
Görüşdə qeyd olunub ki,Qəçrəş kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin mərkəzi Qəçrəş kəndi olmaqla Qımılqazma və Küsnətqazma kəndlərini əhatə edir. Rayon mərkəzindən 12 km məsafədə yerləşən Qəçrəşdə 2500 nəfərə yaxın əhali yaşayır. Quba Rayon İcra Hakimiyyətinin başçısı Ziyəddin Əliyev dövlət başçımızın tapşırığına əsasən,son dövrlər Quba rayonunda, o cümlədən də Qəçrəşdə həyata keçirilən sosial-iqtisadi,tikinti-quruculuq, yol-infrastruktur layihələri barədə ətraflı məlumat verib.Bildirib ki, Respublika Prezidenti İlham Əliyev və 1-ci vitse-prezident Mehriban Əliyevanın diqqət və qayğısının nəticəsidir ki,son iki il ərzində Qubada 16 modul tipli olmaqla ümumilikdə 24 məktəb tikilib istifadəyə verilib.19 yaşayış məntəqəsi,o cümlədən ucqar dağ kəndləri təbii qazla təmin edilib. 2500000 kv metr asvalt yol çəkilib.Çıxış edən qəçrəşlilər də dövlətin kənd əhalisinin sosial rifahının yüksəlməsinə, yaşam vəziyyətlərinin daha da yaxşılaşdırılmasına xüsusi önəm verməsindən razılıqla söhbət açıblar.Həmçinin turizm potensiallı Qəçrəşin daha da inkişaf etməsi, abadlaşdırılması ilə bağlı istək və arzularını bildiriblər.Vətəndaşların şəxsi müraciətlərini də dinləyən icra başçısı sakinləri narahat edən məsələlərin həlli ilə bağlı aidiyyatı qurum rəhbərlərinə tapşırıqlar verib. Görüş çərçivəsində 2020-ci il yanvarın 1-dən Quba rayonunda da tətbiqinə başlanan İcbari Tibbi Sığortanın icra vəziyyəti və yenilikləri barədə İcbari Tibbi sığorta üzrə Dövlət Agentliyinin Quba filialının rəhbəri İsa Məmmədovun çıxışı dinlənib.Vətəndaşları maraqlandıran suallar cavablandırılıb.