QUBA MRX-NIN PSİXOLOJİ SAĞLAMLIQ BÖLMƏSİNİN FƏALİYYƏTİ NƏDƏN İBARƏTDİR?

Quba Mərkəzi Rayon Xəstəxanasının nəzdində yaradılan Regional Psixoloji sağlamlıq bölməsi uşaqlara fərdi yanaşmanı təmin etmək , psixoloji cəhətdən analizlərini həyata keçirmək üçün fiziki və zehni inkişafında çətinlik çəkən uşaqları aşkar edir, və onların bu problemlərinin aradan qaldırılması istiqamətində müəyyən işlər görür.

Bölmənin xidmətlərindən yararlanan valideynlər bildirirlər ki, Psixoloji sağlamlıq mərkəzi yaranana qədər övladlarında mövcud olan problemin müalicəsində çətinliklərlə qarşılaşırdılar.Hətda uşaqları Bakıya aparmaq məcburiyyətində qalırdılar ki, buda öz növbəsində zaman və maddi baxımdan ciddi sıxıntılara səbəb olurdu.Şahbaba Vahabzadə həmçinin onu da bildirir ki,çox zaman valideynlər övladlarında meydana çıxan bu psixoloji və fiziki problemləri etinasızlıqla qarşılayaraq, “öz-özünə düzələcək”, deyib uşağı psixoloji sağlamlıq mərkəzinə aparmaqdan vaz keçirlər.Bu isə sonradan daha ciddi fəsadlara səbəb olur.Məlumat üçün onu da bildirək ki,fəaliyyət göstərən psixoloji sağlamlıq bölməsində Quba, Qusar, Şabran ,Siyəzən və Xaçmazdan olan sakinlərə psixoloq,psixiatr, loqoped, psixo-pedoqoq sahəsində çalışan mütəxəssislər xidmət göstərir.