QUBA KƏNDLƏRİNDƏ SOSİAL LAYİHƏLƏRİN İCRASI UĞURLA APARILIR

Qubanın Mirzəqışlaq kəndi rayonun qədim yaşayış məntəqələrindəndir.Uzun illər bu kəndin əsas yollarında təmir işlərinin aparılmaması, suvarma suyu təminatındakı çətinliklər,kommunal xidmətlərin ürəkaçan səviyyədə olmaması vətəndaşların haqlı narazılığına səbəb olurdu.

Qeyd olunanları nəzərə alan Quba rayon icra hakimiyyəti Mirzəqışlaq kəndində sosial layihələrin icrasına başlayıb.Xüsusən Bakı-Quba magistralından kəndin mərkəzinədək olan 3,5 km-lik yolun əsaslı təmir olunaraq asfaltlanmasına başlanması mirzəqışlaqlıların razılığına səbəb olub. Mirzəqışlaq kənd sakini Cəlalə Məmmədovanın Quba rayon icra hakimiyyətinə müraciəti də cavabsız qalmayıb.Aztəminatlı və çoxuşaqlı olan bu ailənin yaşadıqları evin yararsız vəziyyətdə oması nəzərə alınaraq yeni evin tikintisinə yardım olunması barədəki istəyi həllini tapıb.Ailəyə yeni ev tikintisi üçün hər növ inşaat materialları verilib. Təngəalti dərəsindəki yenidənqurma işləri bu ilin yay aylarında başa çatdırılacaq.İşlər yekunlaşdıqdan sonra füsunkar təbiətli bu yerlər Azərbaycanımızda həm də valehedici turizm məkanı kimi də tanınacaq. Quba kəndlərində sosial layihələrin icrası, kənd əhalisinin yaşam vəziyyətinin yaxşılaşdırılması istiqamətində görülən tədbirlər sırasında Qonaqkənddə yeni mədəniyyət evinin tikintisi də var.Burada da artıq son tamamlama işləri görülür.Tikinti işləri ilə tanış olan Quba rayon icra hakimiyyətinin başçısı Ziyəddin Əliyevə məlumat verilib ki,mədəniyyət evi binası ən müasir avadanlıq və ləvazimatlarla rəchiz olunacaq Qeyd edək ki,Qubada ötən həftə leysan yağışlar nəticəsində dağılan körpülərin yenidən bərpası işləri də başa çatdırılmaq üzrədir.Xüsusən Xanəgahda,Cağacıq çayı üzərində beton kontruksiyalı uzunluğu 6, eni 4 metr olan yeni körpü tikilir.Körpünün tikintisi vəziyyəti ilə tanış olan icra başçısı Ziyəddin Əliyevə məlumat verilib ki, bu günlərdə rayonun Çayqışlaq kəndində də 2 aşırımlı, beton konstruksiyalı yeni körpünün tikintisinə başlanacaq.